Sosial
Vətəndaş 1000 manatdan razı, 1045 manatdan narazıdır - Səbəbi?
"Depozit olmayan və sadəcə istifadə etmək üçün kartda olan cari hesabımdan niyə 10% vergi tutulur? Axı mən istifadə etmək üçün bir kart almışam və ona pul qoymuşam ki, sadəcə haralardasa onlayn ödəniş üçün istifadə edim".
İnsanlar tərəfindən son zamanlar belə suallar tez-tez verilir.
Publika.az xəbər verir ki, iqtdisadçı Eldəniz Əmirov qeyd edib ki, cari hesabdakı vəsaitə depozit xüsusiyyəti verildiyi zaman onun gəliri vergiyə cəlb edilir.

"Məsələn, vətəndaş X bankın debet kartlarını alıb və kartdakı cari hesaba 1000 manat pul qoyub. Bu pul, sadəcə cari istifadə üçündür, nə faiz gəlmir, nə da hansısa vergi tutulmur. Amma bir gün vətəndaş eşidir ki, Y bank oxşar bir kart təklif edir və X bankla olan rəqabətdə müştərini qazanmaq üçün elan edir ki, mənim kartıma qoyulan və cari istifadə üçün nəzərdə tutulan vəsaitə illik 5% əlavə verəcəm. Vətəndaş da gedir Y bankın yeni kartını alır. Bir müddət sonra Y bankın kartı olan vətəndaşa SMS gəlir ki, sizdən vergi tutuldu. Bu zaman vətəndaş heç bir vergi tulmayan X bank kartından məmnun, vergi tutulan Y bank kartından narazı qalır".
E.Əmirov bunun, əslində yalnış olduğunu bildirib: "Ona görə ki, 1000 manat qoyduğun X kartında bir il sonra elə 1000 manat qalır, Y kartındakı 1000 manat isə 1050 manat olur (1000 +5%). Deməli, bank öz kartına depozit xüsusiyyəti verir və buna görə də birinci bankdan fərqli olaraq ikinci bank kartı vətəndaşa 50 manat pul qazandırır. Sadəcə qanunverciliyin yeni tələbinə görə, faiz gəlirinin 10%-i vergiyə cəlb edilir. Yəni gəlir olan 50 manatın 10%-ni vergi tuturlar və Y kartında 1045 manat pul qalır. Vətəndaş isə 1000 manat pul olan X kartından razı, 1045 manat pul olan Y kartından narazı olur. Çünki, Y kartı ilə bağlı ona SMS gəlir ki, 5 manat vergi tutuldu. Bu da psixoloji olaraq mənim pulumu niyə “yedilər” iradını yaradır", - iqtisadçı deyib.
Ayşən Rəhim
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO










.jpg)

.jpg)


.jpg)










.jpg)

.jpg)








