Sosial
Bakının bu ərazisində kirayə mənzillərin qiyməti kəskin artdı
“Formula 1” üzrə Azərbaycan Qran Prisinin keçirilməsinə iki gün qalıb. Yarışa tamaşa etmək üçün Bakıya gələn turistlər hotellərlə yanaşı, günlük kirayə verilən evlərə də üz tuturlar. Bu isə paytaxtın kirayə bazarında canlanma yaradıb. Əcnəbi qonaqlar xüsusilə avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında yerləşən evlərin eyvanından birbaşa “Formula 1” yarışını izləmək imkanı olan mənzillərə üstünlük verirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Publika.az-a bildirib ki, hazırda yarışla əlaqədar günlük kirayə mənzillərin qiymətində xeyli artımlar var.
Ekspertin sözlərinə görə, qiymət artımı həm də hotellərin sayı ilə bağlıdır:
“Hazırda Bakıda əvvəlki dövrlərlə müqayisədə kirayə mənzillərin qiymətinin xeyli artdığı müşahidə olunur. Bu da təbiidir, çünki yarışı izləmək üçün dünyanın hər yerindən qonaqlar gəlir. Eyni zamanda ölkədə hotellərlə bağlı problemlər var. Faktiki olaraq hotel sayı böyük yarışları izləmək üçün ölkəyə gələn əcnəbilərin qonaqlanması üçün kifayət deyil. Buna görə də turistlər günlük evlərə üz tutmalı olurlar. Bu da günlük kirayə məqsədi üçün bazara təklif olunan evlərin qiymətinə təsir göstərir”.

R.Osmanlı bildirib ki, mövcud qiymət artımı müvəqqətidir. Onun sözlərinə görə, gələn aydan qiymətlər yenidən əvvəlki kimi olacaq:
“Kirayə mənzil bazarında hökm sürən hazırkı vəziyyət qısamüddətli dövrü əhatə edir. Hesab edirəm ki, qiymət artımı təqribən növbəti ayın əvvəlinə qədər davam edəcək. Qiymətlər gələn ayın əvvəlindən stabilləşəcək”.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.
Akqabay Mıradov
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























