Sosial
FHN polkovnikindən bazardakı yanğınla bağlı açıqlama
Yanğın 3 istiqamətdə baş verib, hərəsinin də sahəsi 1000-1500 kvadrat metr sahəni əhatə edib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə yanğın tam məhdudlaşdırılıb, yanğının qonşu obyektlərə yayılma təhlükəsi yoxdur. Yanğın bazarın mərkəz hissəsində baş verib.
"Təhlükəsizliyi təmin etmək məqsədilə işlər görülür. Tədbirlərimiz davam etdirilir", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı






































