Sosial
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyət prinsiplərinə də önəmlə yanaşan “Nar”ın dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurla yekunlaşıb. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkil etdiyi təlimin sonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər.
İki gün davam edən onlayn sessiyalardan sonra təlimin son günündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərlə səhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşları ölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər.
3 gün davam edən təlimdə media nümayəndələrinə qlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması və büdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklər jurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirə olunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzuları mediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.
“Nar” bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi ilə mübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayiş etdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi bütün layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar










.png)
























