Sosial
Gəncədə ADSEA-nın xüsusi texnikalarına baxış keçirildi - Video
2025-ci ildə Gəncə şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III oyunları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Gəncə şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib. Tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov, Gəncə şəhər Sukanal İdarsənin rəisi Şöhrəddin Verdiyev, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Kamran Məhərrəmov və Agentliyin əməkdaşları iştirak ediblər. Bildirilib ki, növbəti il Gəncədə təşkil olunacaq oyunlar üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. İdarə rəisi Şöhrəddin Verdiyev isə qeyd edib ki, Gəncə şəhəri üzrə 71500 abonentə xidmət göstərilir. İdarənin tabeliyində 24 ədəd texnika var ki, onlardan 2 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib.
ADSEA-nın nümayəndəsi Ülfət Kazımov bildirdi ki, nəqliyyat vasitələrinin hamısı əsaslı təmirdən çıxıb, hamısı saz vəziyyətdədir. O, 2025-ci ildə Gəncə şəhərində keçiriləcək Beynəlxalq olimpiadayla əlaqədar hazırlıq işləri getdiyini xatırladıb:
“ADSEA-nın "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq biz də baxış keçirdik. Demək olar ki, tam vəziyyətdə hazırıq”.
Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev Gəncə şəhərində keçiriləcək oyunlarla əlaqədar 6 ədəd texnikanın əsaslı təmir olunaraq, 2 ədəd isə yeni texnikanın verildiyini bildirdi.
Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyətinə gətirilib.
-
ABŞ08:49Tramp 2026-cı ilin sonuna qədər bu ölkənin prezidentini devirəcək
-
ABŞ06:16Gözü göyərib? - Tramp Makronun eynək taxmasını ələ saldı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyə baxımından yüksəliş dövrü başlayır
-
İdman01:20Qurban Qurbanov: Düzgün, geniş şərhi prezidentimiz verdi
-
İdman00:50Dennis Şmidt “Qarabağ”a məğlubiyyəti belə şərh etdi: Sehirbaz deyilik...
-
İdman00:25Bəhlul Mustafazadə tarixə düşdü
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu







.jpg)


















.jpg)











