Sosial
“Ask plaza” bağlanır
Bakıdakı “Ask plaza” fəaliyyətini dayandırır.
Publika.az xəbər verir ki, buna səbəb plazanı idarə edən şirkətin ləğv edilməsidir.
Belə ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib. ASC-nin tərkibində fəaliyyət göstərən 3 müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, digər müəssisələr ləğv edilib.
“Ask plaza”nı idarə edən “ASK Xidmət” MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi.
Nazirlər Kabinetinə MMC-ni ləğv etmək tapşırılıb. Müəssisənin ləğv edilməsindən sonra “Ask plaza”nın da fəaliyyətini dayandıracağı gözlənilir. (Modern.az)
-
Hadisə14:56Əməkdar jurnalist dəfn edildi - YENİLƏNİB
-
Maraq dünyası14:38Ovçular kəndə hücum edən ayını axtarırlar
-
Hadisə14:02Xalq artisti yol qəzası keçirdi, vəziyyəti ağırdır
-
Nəqliyyat13:24"TikTok"a görə dəhşətli qəza törətdi, qızıl tabutda dəfn edildi - VİDEO+FOTOLAR
-
Maraq dünyası12:40Ayı turistin əlini qopardı
-
Ekologiya12:17Sabahın hava proqnozu açıqlandı
-
İdman10:50Messi şilləyə görə cəzalandırıldı
-
İdman07:35Futbolçuların yeni rolu: Ulduzların sərmayə qoyduğu 6 klub





































