Sosial
DİN şəhər və rayonlara səfər edənlərə MÜRACİƏT ETDİ - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində şəhər və rayonlara səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.
DİN-dən Publika.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə, müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə, günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq. Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin.
Bayramınız təhlükəsiz olsun!".
-
Sosial21:24Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO
-
Sosial20:12Xaçmaz sakini fəryad edir: "Bir gecədə hər şey məhv oldu" - VİDEO
-
Sosial19:24"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
-
Magazin119:12“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Hadisə18:36Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO



































