Sosial
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib
“Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Prezident İlham Əliyevin siyasətində türk dünyasının birliyinin gücləndrilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılması türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır.
Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün vacib addımlar atılır. Son illər TDT-nin sammitlrində qəbul olunan qərarlar artıq türk dünyasının dünyaya qlobal güc kimi təqdim olunması yönündə atılan addımlardır. Yeri gəlmişkən, mayın 21-də Macarıstanda keçirilən TDT-nin qeyri-rəsmi sammitində də vacib müzakirələr aparılıb. Dövlət başçıları təşkilatın daha da güclənməsi üçün müxtəlif təkliflərlə çıxış ediblər.
Millət vəkilinin sözlərinə görə, bu gün türk dövlətləri təhsil sahəsində də fəal əməkdaşlıq edirlər. Budapeştdə keçirilən sammitdə Özbəkistan Prezidenti Şafkat Mirziyoyev türk dövlətlərinin birgə universitetinin yaradılması barədə təklifi də bu baxımdan diqqəti cəlb edir. Məlumdur ki, türk dövlətləri ikitərəfli qaydada elm və təhsil sahəsində əməkdşalıq edirlər. O cümlədən, Azərbaycanın da digər türk ölkələri ilə bu sahədə geniş əlaqələri mövcuddur. Həm müvafiq dövlət qurumlarımız, həm də ali məktəblərimiz qarşılıqlı əməkdaşlıq edir.
“Türk birliyini gücləndirmək, bunun əhəmiyyətini gənclərə aşılamaq üçün orta və ali məktəb dərsliklərində türk xalqlarının tarixinə geniş yer verilməlidir. Bu baxımdan, Özbəkistan Prezidentinin təklifi çox əhəmiyyətlidir. Belə bir universitetin yaradılması, bütün türk ölkələrindən tələbələrin bir yerdə təhsil alması elm və təhsil sahəsində təcrübə mübadiləsi ilə yanaşı, ortaq tariximizin öyrənilməsi və türk birliyinin daha da güclənməsi nöqteyi-nəzərindən önəmlidir. Çünki həmin universitetdə təhsil alan gənclər sabah öz ölkələrində peşəkar kadrlar kimi çalışacaqlar. Bu da gələcəkdə birliyimizin daha da güclənməsinə öz töhfəsini verəcək”,-deyə Samir Vəliyev vurğulayıb.
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI









.jpg)

























