Ukraynalılara pis xəbər: Bu ölkə daha onları qəbul etməyəcək
Bizi izləyin

Dünya

Ukraynalılara pis xəbər: Bu ölkə daha onları qəbul etməyəcək

Polşa artıq Ukraynadan yeni miqrantları öz ərazisinə qəbul edə bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri milli radioda müvafiq bəyanatla çıxış edib. O, təhsil proqramlarına diqqət yetirərək, təcrid olunmuş etnik anklavların yaranmasının qarşısını alaraq artıq gələnlər üçün inteqrasiya prosesinə başlamağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Polşa Prezidenti parlamentə vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirən qanunvericilik təşəbbüsü təqdim edib. Qanun layihəsində ölkədə daimi yaşamaq üçün məcburi müddətin üç ildən on ilədək artırılması təklif edilir.

Eyni zamanda, dövlət başçısı ukraynalı qaçqınlara xüsusi statusun uzadılması və onlara yardımın göstərilməsini nəzərdə tutan normativ akt imzalayıb. Bununla belə, imzalanmış başqa bir sənəd işsiz əcnəbilərə verilən sosial müavinətlərə xitam verib.

Bildirilir ki, bu tədbir təkcə Ukrayna vətəndaşlarına deyil, həm də qaçqın kimi müavinət alan, lakin sosial sığorta haqqı ödəməyən digər şəxslərə də aiddir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm