Sosial
Taksi sürücüsü ilə VİDEOlarına görə arvadını öldürdü - VİDEO

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, hadisə qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində baş verib.
Məlumata görə, Vəliyev həyat yoldaşının mobil telefonunda tasksi sürücüsü ilə gördüyü bəzi foto və videolara görə onunla mübahisə edib. Qısqanclıq zəminində başlayan mübahisə qısa zamanda davaya çevrilib və təqsirləndirilən şəxs həyat yoldaşına 11 bıçaq zərbəsi ilə xəsarət yetirərək onun ölümünə səbəb olub.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Vəliyev saxlanılıb və barəsində cinayət işi başlanılıb. İstintaq materiallarına əsasən, o, törətdiyi əməli etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini tələb edib. Məhkəmənin hökmü ilə Bəxtiyar Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm elan olunduqdan sonra məhkəmə prosesi yekunlaşıb.
Qeyd edək ki, son aylarda ölkədə ailə münaqişələri zəminində baş verən qətl hadisələrinin artması ictimai narahatlığa səbəb olub.(Milli.Az)
-
İdman17:30
Bu gözəlin sevgilisi ötən mövsüm Avropanı fəth edib: Görün o kimdir - FOTOLAR
-
Sosial17:12
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
-
Cənubi Qafqaz16:36
ATƏT sədri İrəvanda erməniləri məyus etdi
-
Rəsmi xronika16:25
İlham Əliyev fərman imzaladı
-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi