Sosial
Metronun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarların istifadəsinə başlanıb.
“Bakı Metropoliteni” QSC-dən Publika.az-a verilən məlumata görə, bu vaqon parkında ehtiyat tədbirlərini gücləndirmək və sərnişin tələbatına uyğunlaşmaq məqsədilə edilib.
Qurumdan bildirilib ki, günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür.
"Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək.
Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platdormalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək," - məlumatda vurğulanıb.
Qeyd edək ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb, sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub.
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı










.webp)









.jpg)

















