Sosial
Ən sürətli yolda nişan qoyuldu - İlk dəfə
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Elxan Yusifli məlumat paylaşıb.
O bildirilib ki, ödənişli yolda 3,5 tonadək çəkisi olan avtomobillər üçün saatda 130 kilometr sürət limitini göstərən nişanlar quraşdırılıb. Bu da artıq sürücülərin həmin nişanın tələbinə uyğun hərəkət edə biləcəyini göstərir.
Qeyd edək ki, dəyişiklik “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda öz əksini tapıb. Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşib.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Xatırladaq ki, Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.
-
Magazin218:24Cennifer Lopezdən şok etiraf: "Bunu daha əvvəl etməli idim, fantastikdir"
-
Sosial17:46İcra başçısı onu qınayanlara belə cavab verdi
-
Sağlamlıq16:51Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO
-
MDB16:00Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
-
Digər15:16Polis məktəblini içirdib təcavüz etmək istədi - İlginc cinayətin detalları
-
MDB14:53Putin Babayana heyran oldu
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq























.jpg)




.jpg)









