Sosial
SPORT TV-dən dünənki yayıma reaksiya - Açıq yayım hüquqları bizdə deyil
TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya – kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir.
Qurumdan Publika.az-a bildirilib ki, turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca hüquq paketinə daxildir və bu hüquqlar Azərbaycanda açıq yayımda ümumrespublika yayımı həyata keçirən digər 2 telekanala məxsusdur.
"Ayrıca qeyd edək ki, qeyd edilən oyunların HORECA / kommersiya nümayiş hüquqları (otel, restoran, kafe, pub, lounge, çay evi, idman barları və digər ictimai-kommersiya obyektlərində nümayiş hüquqları) tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur.
Qeyd edək ki, kommersiya obyektlərində - restoran, kafe, hotel, lounge və digər ictimai məkanlarda UEFA oyunlarının nümayişi yalnız müvafiq kommersiya/HORECA hüquqları əsasında həyata keçirilə bilər. Hüquqsuz və qeyri-qanuni yayımlar Azərbaycan Respublikasının müəllif və əlaqəli hüquqlar haqqında qanunvericiliyinin tələblərinin pozulması hesab olunur və hüquqi məsuliyyət yaradır", - deyə məlumatda vurğulanıb.
-
Magazin121:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu








.jpg)















.jpg)










