Sosial
ADSEA: 1,9 milyon abonent haqqında məlumat toplanıb
Hazırda Azərbaycanda əkin sahələrinin təxminən 11 faizində müasir suvarma texnologiyaları tətbiq edilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Sədr müavini İlham Bayramov III Beynəlxalq Aqrar İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, digər ərazilərdə də ağıllı və müasir suvarma sistemlərinin genişləndirilməsi həm Kənd Təsərrüfatı Nazirliyinin, həm də aidiyyəti dövlət qurumlarının qarşısında duran əsas hədəflərdən biridir.
Sədr müavini qeyd edib ki, suyun mənbədən istehlakçıya qədər ölçülməsi və uçotunun aparılması istiqamətində işlər görülür: "Artıq çaylarda 14 hidro-post qurulub və həmin məntəqələr vasitəsilə su səviyyələri onlayn rejimdə izlənilir. Bu məlumatlar əsasında proqnozlaşdırma aparılır, su tələbatı müəyyənləşdirilir və su ehtiyatlarının effektiv idarə olunması təmin edilir.
Elektron su təsərrüfatı informasiya sistemində ölkənin bütün su ehtiyatları, su anbarları, yeraltı və yerüstü su mənbələri, artezian quyuları və digər infrastruktur obyektləri vahid şəkildə idarə olunacaq.
Bununla yanaşı, rəqəmsallaşma layihələri çərçivəsində içməli su, tullantı suları, suvarma sistemləri və yağış suları infrastrukturu üzrə məlumat bazası formalaşdırılır və bu işlərin böyük hissəsi artıq tamamlanmaq üzrədir.
Süni intellekt həllərinə gəldikdə isə, bu texnologiyalar böyük məlumat bazalarına əsaslanır. Hazırda həm Kənd Təsərrüfatı Nazirliyində, həm də aidiyyəti dövlət qurumlarında geniş məlumat bazaları formalaşdırılıb. Məsələn, 1 milyon 955 mindən çox abonent və su istehlakçısı barədə məlumat toplanıb, onların uzunmüddətli istifadə göstəriciləri, su tələbatı və ödəniş məlumatları təhlil edilir".
-
Qoroskop09:12İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək
-
ABŞ08:49ABŞ İrana bu məsələdə kömək edəcək - Vens
-
Sağlamlıq07:55Satışa çıxarılan qarpızlar... - Mütəxəssislərdən xəbərdarlıq
-
Magazin102:18Azərbaycanda xanəndə dünyasını dəyişdi - Foto
-
Qoroskop01:40Günün ulduz falı: gələcək planlarınızı gözdən keçirin
-
İnanc00:11Azərbaycanda Məhərrəm ayı başladı
-
Avropa15 İyun 23:00Aİ və Ukrayna üzvlük danışıqlarına başladı
-
Kriminal15 İyun 21:39Bakıda kişi qızının ad günündə keçmiş həyat yoldaşı və qayınanasını öldürdü - Təfərrüat










.jpg)
























