Sosial
AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin təqdimat mərasimi keçirilir
Azərbaycan Hava Yollarının (AZAL) donanmasına daxil edilən ilk “Airbus A321neo” təyyarəsinin təqdimat və təhvil tədbirləri hazırda Almaniyanın Hamburq şəhərində keçirilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, tədbir “Airbus”, AZAL və “AerCap” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə Azərbaycan Hava Yollarının rəhbər şəxsləri, “Airbus” konserninin rəhbərliyi, “AerCap” şirkətinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş media təmsilçiləri iştirak edirlər.
Tədbir çərçivəsində AZAL-ın ilk “Airbus A321neo” təyyarəsi təqdim olunub, onun texniki xüsusiyyətləri və istismar imkanları barədə məlumat verilib. Daha sonra təyyarənin milli aviadaşıyıcıya rəsmi təhvil verilməsi mərasimi baş tutacaq.
Qeyd edək ki, “Airbus A321neo” yeni nəsil mühərrikləri, yüksək yanacaq səmərəliliyi və sərnişin komfortu ilə seçilən müasir hava gəmilərindən biridir.
Təyyarənin AZAL-ın donanmasının modernləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər















.jpg)

















.jpg)
