Sosial
“A321neo ilə uçan sərnişinlər biletləri daha sərfəli qiymətə ala biləcək”
“Airbus A321neo hazırda dünyanın ən təhlükəsiz və sərnişinlər üçün ən komfortlu təyyarələrindən biridir. Bu model hazırlanarkən əsas prioritet maksimum müştəri məmnuniyyəti olub”.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Almaniyanın Hamburq şəhərində AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran “Airbus” şirkətinin nümayəndəsi Malhar Pens deyib.
O bildirib ki, təyyarənin əsas üstünlüklərindən biri yüksək yanacaq səmərəliliyidir:
“Yeni nəsil mühərriklər və müasir texnologiyalar sayəsində A321neo əvvəlki nəsil təyyarələrlə müqayisədə xeyli az yanacaq sərf edir. Bu isə aviaşirkətlərin əməliyyat xərclərini azaltmasına imkan yaradır”.
Malhar Pensin sözlərinə görə, xərclərin azalması son nəticədə sərnişinlər üçün də üstünlük yaradır:
“Bu təyyarə ilə həyata keçirilən uçuşlarda sərnişinlər biletləri təxminən 20 faiz daha sərfəli qiymətə əldə edə biləcəklər”.
Şirkət nümayəndəsi əlavə edib ki, A321neo daha geniş salonu, iri baqaj bölmələri, müasir işıqlandırma sistemi və aşağı səs-küy səviyyəsi ilə sərnişinlərə daha rahat uçuş təcrübəsi təqdim edir.
Qeyd edək ki, Azərbaycan Hava Yollarının (AZAL) ilk “Airbus A321neo” təyyarəsinin təqdimat və təhvil mərasimi Almaniyanın Hamburq şəhərində keçirilir. Tədbir “Airbus”, AZAL və “AerCap” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutur.
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu










.jpg)









.png)















