Sosial
Dövlətdən minlərlə şəxsə reabilitasiya dəstəyi
Sosial Xidmətlər Agentliyi cari ilin birinci yarımilində əlilliyi olan 7424 şəxsi 297 min reabilitasiya vasitəsi ilə təmin edib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan reabilitasiya vasitələrindən 666-sı təkərli oturacaq (o cümlədən 18-i mühərrikli təkərli oturacaq), 1133-ü aşağı və yuxarı ətraf protezi, 1805-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
"Həmçinin əlilliyi olan şəxslərə 3880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı, 127 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub", - məlumatda vurğulanıb.
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



































.jpg)
