Sosial
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi
Nərgiz Med” Tibb Mərkəzi cərimə olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, mərkəzdə Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.
Klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibbi fəaliyyəti ilə məşğul olmaq və yararlılıq müddəti bitmiş vasitələr (reagent dəsti) aşkar edilib.
Klinikanın barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4 (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) və 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddələri ilə inzibati qaydada protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə klinika 6 min manat cərimə edilib.
Həmçinin inzibati xətanın bilavasitə obyekti olmuş predmet klinikaya məxsus seriya nömrəsi 410/1 olan “Kortizol EIA” 1 ədəd reagent dəsti müsadirə edilib.
Qeyd edək ki, “Nərgiz Med” Tibb Mərkəzinin rəhbəri və baş həkimi Məlahət Qəhrəmanovadır.
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



































.jpg)
