Sosial
Abşeronda növbəti vətəndaş qəbulları keçirildi - Fotolar
Vətəndaş müraciətlərinin və yerlərdə olan məsələlərin operativ həlli ilə əlaqədar olaraq Abşeron rayonunda növbəti səyyar qəbul-görüşlər keçirilib.
Publika.az xəbər verir ki, rayonun Aşağı Güzdək, Pirəkəşkül, Görədil, Fatmayı, Ceyranbatan, Saray kənd və qəsəbələrində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak edib.
Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsindən, işğaldan azad olunan şəhər və kəndlərimizdə sürətlə aparılan təmir-bərpa işlərindən, doğma Qarabağda həyata keçirilən beynəlxalq tədbirlərdən, soydaşlarımızın öz yurdlarına qayıtmalarından ətraflı danışıb. Azərbaycanın döyüş meydanında qazandığı şanlı qələbədən sonra da sülh tərəfdarı olduğunu qeyd edən Abdin Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısı vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbulları çərçivəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində Ailə Sağlamlıq Mərkəzinin yeni ünvanda istifadəyə verilən binasında yaradılan şəraitlə tanışlıq keçirilib. Bildirilib ki, bir müddət öncə qəsəbə sakinləri tərəfindən Ailə Sağlamlıq Mərkəzinin binasının qəzalı və təmirsiz olduğu bildirilərək yeni ünvana köçürülməsi və təmirli binada tibbi xidmətin göstərilməsi xahiş olunub.
Bundan sonra Rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin səyləri nəticəsində məsələnin həlli müzakirə olunaraq tibb müəssisəsinin yeni binaya köçürülməsi qərara alınıb. Hazırda fəaliyyət göstərəcək binada bir ildən çox müddətə təmir işləri aparılıb və Aşağı Güzdək ASM-i bu binaya köçürülüb. Tibb müəssisəsi 2920 nəfəri uşaq olmaqla 12 600 nəfər əhaliyə ilkin tibbi sanitariya xidməti göstərir.
13 nəfərdən ibarət olan kollektivdə biri bölmə müdiri olmaqla 4 nəfər həkim işləyir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini və əlçatanlığını təmin etmək üçün tibb müəssisəsi ştat vahidi üzrə ailə həkimləri - terapevt, pediatr və mama ginekoloqla təmin olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tibbi kollektivlə görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
















.jpg)


.jpg)

















