Sosial
Üç yaşlı uşağın ət maşınında qalan əli bərpa edildi - FOTO
Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.
Səhiyyə Nazirliyindən Publika.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.
Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin olunub. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.
Təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb.
Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.




-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial20 Noyabr 14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman20 Noyabr 14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO











.jpg)























.png)

