Sosial
Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı - Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR
Xəbər verdiyimiz kimi, anasının imtina etdiyi, qolsuz doğulan körpə bu gün Səhiyyə Nazirliyinin Körpələr Evinə yerləşdirilib.
Publika.az xəbər verir ki, Bizim.Media üç ay əvvəl Sabunçu Tibb Mərkəzində doğulan körpə ilə bağlı bəzi məlumatlar əldə edib.
Həmin körpənin anası ilə eyni palatada qalmış qadının bildirdiyinə görə ana körpənin qolsuz olduğunu doğuşdan sonra öyrənib. Bundan sonra isə uşaqdan imtina edib:
“Nur parçası kimi uşaq idi. Uşağın adını Həsən qoymuşdular. Çox gözəl uşaq idi və elə baxırdı ki, sanki sevgi istəyirdi”, - deyə qadın bildirib.
Əldə edilən başqa bir məlumata görə isə, körpənin anasının da ciddi sağlamlıq problemləri var. Onun uşağı nikahdan kənar dünyaya gətirdiyi məlum olub. Qadın hamiləlik boyu həkim müayinəsindən keçmədiyi üçün uşağın qüsurlu doğulacağından xəbərsiz olub.
Üç gün sonra körpəsindən imtina edən və xəstəxanadan çıxan qadını görən şahidlərdən biri isə onun həyətdə gördüyü pişik balasını “yazıqdır” deyərək götürüb apardığını bildirib.
Qeyd edək ki, sözügedən oğlan uşağı 27.06.2026-cı il tarixində Sabunçu Tibb Mərkəzində dünyaya gəlib. Ana doğuşdan üç gün sonra övladından imtina edərək tibb müəssisəsini tərk edib. Körpə bu gün Sosial Xidmətlər Agentliyi tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)














.png)
















