Sosial
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatdı - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC-nin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları” layihəsi çərçivəsində növbəti peşə təlimləri uğurla başa çatıb.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından bu təlimlərə cəlb edilən şəhid ailələrinin üzvlərindən, müharibə veteranları və ya onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim olunub.
Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.
Dörd ildir ki, fəaliyyət göstərən “Qarabağ KOB-ları” layihəsinin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və ya onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərinin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.
Həmçinin, layihə işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif xidmət və peşə sahələri üzrə yerli kadr potensialının güclənməsinə, sakinlərin məşğulluğunun artırılmasına da öz töhfəsini verir.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

