Sosial
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhərində “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətn təşkili, eləcə də mövcud problemlər” mövzusunda seminar keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Nazirliyin Aran Regional Mərkəzinin, həmçinin regionda fəaliyyət göstərən digər qurumlarının məsul əməkdaşları, Naftalan Şəhər İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
Seminarın keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, FHN-lə yerli icra orqanları arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və görülmüş işlər təhlil edilib, gələcək planların müzakirəsi aparılıb.
İnteraktiv formatda davam etdirilən seminarda birgə fəaliyyətin daha da təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib, suallar cavablandırılıb.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi










.jpg)














.png)
















