Sosial
2 gəncin ölümünə səbəb olan qurğu belə istifadə olunurmuş... - VİDEO
Şəkidə iki gəncin ölümü ilə nəticələnən dəhşətli ziplayn qəzasından sonra “Şəki yaylası” istirahət mərkəzi qırılma iddiaları ilə bağlı görüntülər yayımlayıb.
Publika.az xəbər verir ki, hadisədən sonra səslənən ittihamlara istirahət mərkəzinin “Instagram” səhifəsində yayımlanan video vasitəsilə cavab verilib.
Görüntülərdə danışan mərkəz nümayəndəsi ziplayn xətlərində hər hansı qırılmanın olmadığını iddia edib:
“Ziplayn xətlərində qırılma yoxdur. Xətlər böyük hündürlükdən keçdiyi üçün həmin ərazidə sərt külək və burulğanlar yaranır. Dalğalanmalar nəticəsində xətlər böyük yük altında olmasına baxmayaraq yatağından çıxıb. Lakin bu xətlər sağlam formada dəmir hissəciklərə və beton maneələrə bağlanıb. Ziplaynın özünü kilidləmə mexanizmi var və yalnız 90 dərəcə dəyişəndən sonra açılır. Bu hadisənin necə baş verdiyi bizim üçün də qaranlıqdır. Ekstrim idman növü olduğu üçün belə bir acı təcrübə ilə ilk dəfə qarşılaşırıq”.
Mərkəz rəsmisi həmçinin əlavə edib ki, ziplaynın gəliş və gediş xətləri eyni qülləyə bərkidilib.
Daha ətraflı videoda:(“Yeni Sabah”)
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)














.png)
















