Cənubi Qafqaz
Qarabağdakı aksiyada Azərbaycan MƏQAMI: erməni şərhçilər HƏR ŞEYİ AÇDI
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki
ermənilərin qondarma rejimə qarşı aksiyası başa çatıb. Bundan sonra
baş verəcəklər haqda müxtəlif proqnozlar səsləndirilir.
Publika.az xəbər verir ki, Ermənistan mediası etiraz
aksiyasının səbəblərini araşdırır.
Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, Xankəndində
ermənilərin ayağa qalxmasının bir sıra dərin səbəbləri var.
“Ermənistandakı “Qarabağ klanı”, konkret olaraq, Serj Sarkisyan və
Robert Koçaryan tərəfindən Qarabağa “rəhbər” təyin edilən Bako
Saakyan çoxillik hakimiyyəti ərzində qorxu aparatı yaradıb.
Yoxsulluq, korrupsiya, bir neçə generalın “müharibə yalanları” adı
altında yaratdıqları idarəçilik və s. Qarabağdakı ermənilər artıq
orada yaşaya bilmirlər. İnsanlar qorxu içində yaşayırlar və əla
anlayırlar ki, Saakyan narazıların nazı ilə oynamayacaq, əksinə
onları amansızca cəzalandıracaq. İrəvanda baş verən inqilabdan
sonra Xankəndindəki ermənilər illərdir üzərlərində olan qorxu
atmosferini dağıda bildilər”, - deyə o qeyd edib.
Arşakyan etiraz aksiyasının Xankəndindəki qondarma rejimi qorxuya
saldığını vurğulayıb: “İnsanlar rejimin indiyə qədər yaratdığı
“Azərbaycan qorxusu”nun da yalan olduğunu anlayır. Hərçənd,
müharibə və qan üzərində hakimiyyətə gələn “Qarabağ klanı”
“Azərbaycan təhlükəsi”ni qabardaraq, insanları qorxu altında
saxlayırdı. “Biz olmasaq, türklər sizi öldürəcək”, onların şüarları
belə idi. Lakin zaman keçdikcə amansız rejimin Azərbaycandan daha
təhlükəli olduğu ortaya çıxdı və insanlar süni yaradılmış qorxunu
dəf etdilər”.
Digər erməni şərhi Naira Ayrumyan isə yazır ki, əslində
Xankəndindəki rejim “aprel müharibəsi”ndə məğlubiyyətdən sonra
getməli idi.
Onun sözlərinə görə, “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda
ümumiyyətlə, “Qarabağ klanı” hakimiyyətə əlvida deməli idi: “Lakin
onlar getmədilər və günahı başqalarının üzərində atdılar. Yəqin ki,
çoxları müharibədən sonra Xankəndindəki qapalı toplantını
xatırlayır. Sarkisyan həmin toplantıda ərazilərin qaytarılmasından
başqa yolun olmadığını deyirdi. Lakin qoca-qoca generallar – o
generallar ki, bu gün Xankəndində insanları amansızcasına məhv edir
– etiraz edir və əraziləri qaytaracaq şəxsi güllələyəcəklərini
bildirirdilər”.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
