Cənubi Qafqaz
Paşinyan Xankəndidə GERİ ÇƏKİLDİ: "Danışıqlara hazırıq"
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın
işğal altında olan Xankəndi şəhərində separatçı rejimlə birgə
keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra
jurnalistlərə açıqlamalar verib.
Publika.az xəbər verir ki, Paşinyan Minsk qrupu
həmsədrlərinin son bəyanatını şərh edib.
Erməni baş nazir bildirib ki, onun məsuliyyəti çiyinlərindən atmaq
istədiyi haqqında deyilənlər doğru deyil: “Mənim “Qarabağ xalqını”
təmsil etmirəm sözlərimi “Ermənistanın baş naziri məsuliyyəti öz
üzərindən atmaq istəyir” kimi şərh etmək doğru deyil. Ermənistan
üçün bir nömrəli prioritet Qarabağın təhlükəsizliyinin zəmanətidir
və biz ölkə olaraq sülh prosesində iştirak edəcəyik”.
Paşinyan Minsk qrupunun irəli sürdüyü 3 prinsip və 6 elementi şərh
edərkən deyib ki, bunların izaha ehtiyacı var.
“Bizim bu prinsiplər haqqında şərhlər irəli sürməyimiz faydasızdır.
Çünki hədəfimiz effektiv danışıqlardır. Hesab edirəm ki, bu cür
bəyanatlar ətraflı izah olunmalıdır. Həmsədrlər tərəfindən təklif
edilmiş prinsiplərlə bağlı son 10 ildə müxtəlif şərhlər meydana
çıxır, lakin bunu qəbul etmirik. Biz izahların olmasından sonra
danışıqlara hazırıq”, - deyə o bildirib.
Qeyd edək ki, həmsədrlərin son bəyanatı Ermənistanın danışıqlar
formatını dəyişdirmək istəyinə qarşıdır və ərazilərin qaytarılması
çağırışını özündə ehtiva edir. Paşinyanın Azərbaycan şəhərində
“danışıqlara hazırıq” deməsi Ermənistan hakimiyyətinin beynəlxalq
tələb qarşısında geri çəkildiyini göstərir.
Asif
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)