Cənubi Qafqaz
Gürcüstandan Ermənistana 300 hərbi texnika APARILIB?
“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur və bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də ondan ibarətdir ki, Qafqazda sülhə alternativ yoxdur”.
Publika.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani deyib.
Onun sözlərinə görə, Rusiyanın 300 hərbi maşının Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırmağa hazırlaşması ilə bağlı yerli KİV-in yaydığı məlumat yalandır:
“Bu cür təhrif olunan informasiyaları bəzi siyasi partiyalar təbliğat məqsədilə təqdim edirlər”.
Müşavir bildirib ki, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələr üçün açıq və aydındır:
“Təəssüflər olsun, bu, konkret KİV tərəfindən təhrif olunmuş informasiyanı yaymaqla bağlı ilk hal deyil”.
Qeyd edək ki, ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.
Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb. / "Report"
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































