Cənubi Qafqaz
Tiflisdə Nərimanovun yubileyi qeyd olundu - FOTO
Bu gün Tbilisidə Nəriman Nərimanovun xatirə muzeyində görkəmli ictimai xadim, müəllim, həkim, dramaturq, yazıçı, publisist Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edilib.
Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin icraçı direktoru Aygül İsayeva, Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib və o, Nərimanovu iki xalq arasında, Azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvolu” adlandırıb.
Daha Sonra Nəriman Nərimanovun xatirə muzeyinin kuratoru Rəna Dəlivəlova, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin elmi işçisi Leyla Əliyeva, Gənc Vətənpərvərlər İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Tengiz Məmmədov, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, GAİM-in Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva və digərləri çıxış edərək Nərimanovun dahi şəxsiyyət olaraq Gürcüstanda adının yaşadılmasının mühüm olmasını vurğulayıblar.
Tədbirin davamında GAİM-də təhsil alan gənclər Nəriman Nərimanovun oğlu Nəcəfə ünvanladığı məktubu oxuyublar.
Kamança və opera ifaçısı Şəbnəm Asıf qızı könül oxşayan musiqilər səsləndirib.
Sonda tədbir iştirakçıları Marneulidə N. Nərimanovun abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər və əklil qoyublar.
Qeyd edək ki, baş tutan tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


