Cənubi Qafqaz
Amerikada yaşayan azərbaycanlı iş adamı: "Xanımımla Ağdama gedəcəyik"
Vətənini sevən bütün soydaşlarımız kimi Azərbaycandan nigaranıq. Bu sözləri Publika.az-a açıqlamasında Amerikada fəaliyyət göstərən azərbaycanlı iş adamı Amir Allahverdi bildirib.
Publika.az və digər informasiya vasitələrinə təşəkkürünü bildirən soydaşımız Azərbaycanla bağlı məlumatları mütəmadi izlədiklərini də deyib.
"Bugünlərdə Monteneqroya səfər etmişdim. Podqoritsanın mərkəzində hoteldə qalırdım. Hotelin önündə gəzəndə gözümə uzaqdan gerbimiz dəydi. Yaxınlaşdıqca Azərbaycan-Monteneqro dostluğu şərəfinə salınan parkla qarşılaşdım. Bu, çox böyük xoşbəxtlik idi. Təsəvvür edin ki, ölkəndən çox uzaqda vətənin bir parçasına rast gəlirsən.
Mən Bakıda doğulub, Özbəkistanda böyümüşəm. Özbəklərlə, yəhudilərlə, gürcülərlə, ermənilərlə bir sinifdə oxumuşam. Hamımız bir ailə kimi mehriban yaşamışıq. Azərbaycan xalqı sülhpərvər, tolerantdır. Tək istəyimiz odur ki, öz torpaqlarımızı geri alaq. Məcburi köçkünlərimiz öz vətənlərinə geri dönsünlər. Təsəvvür edin, özünüzə ev almısınız, gözəl təmir edib, xoşbəxt yaşadığınız məqamda düşmən evinizi, ocağınızı dağıdır. Sizi şəhərinizdən didərgin salır.
Başqasının torpağında gözümüz yoxdur. Haqqımız olanı tələb edirik. Cəbrayılın, digər kəndlərimizin geri alınması xəbərini böyük həyəcan və göz yaşı ilə izlədik. Xanımım Ağdamlıdır. Mən ona söz vermişəm ki, doğma rayonu geri qaytarılan kimi oraya birgə gedəcəyik. İnanıram ki, tezliklə arzumuz gerçəkləşəcək", - A.Allahverdi vurğulayıb.
Leyla Sarabi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






































