Cənubi Qafqaz
Ermənistan MTX-nin keçmiş rəhbəri həbs olundu - İrəvan QARIŞIR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Vətən partiyasının lideri Artur Vanetsyan həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Vardan Voskanyan bildirib.
A.Vanetsyan bir vaxtlar rəhbərlik etdiyi strukturun əməkdaşları tərəfindən tutulub. O, polisin qanuni tələblərinə tabe olmamaq, qanunları pozaraq qəsdən kütləvi yığıncaq təşkil etmək, habelə hərbi vəziyyətə əsasən müəyyən edilmiş müddəti pozmaqda ittiham olunur.
Ötən gün axşam MTX-nin keçmiş direktoru hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bundan sonra onun həbs olunmasına qərar verilib.
Qeyd edək ki, İrəvanda 11 noyabrda baş nazir Nikol Paşinyana etimadsızlıq, Dağlıq Qarabağla bağlı son razılaşmaların ləğvi məqsədi ilə parlamentin növbədənkənar iclasını çağırmağa çalışan müxalifət mitinqi keçirilib. Etiraz aksiyaları Vanetsyanın partiyası, eləcə də "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" tərəfindən təşkil olunub.
Zümrüd
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)



















.jpg)

.jpg)