Cənubi Qafqaz
Daha bir qurum Paşinyana qarşı QALXDI
İrəvan Ağsaqqallar Şurasının "Luys" fraksiyası Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən istefasını tələb edir.
Publika.az xəbər verir ki, fraksiyanın nümayəndələri David Xazakyan və Teqmine Vardanyan müraciət layihəsini təqdim etmək niyyətindədir.
Xazakyan bu gün təslimçi baş nazirin istefasını tələb edən müraciət təqdim etmək istədiyini söyləyib. O bildirib ki, əvvəllər bütün uğursuzluqlar uğur kimi keçə bilirdisə və ya əvvəlki hakimiyyətlərin məsuliyyəti kimi qələmə verilə bilirdisə, indi bunlar artıq pərdələnə bilməz.
Vardanyan isə hakim siyasi qüvvənin iki ildən çoxdur ki, boş vədlər verdiyini və cəmiyyəti "qaralar və ağlar"a böldüyünü vurğulayıb.
Xatırladaq ki, 17 müxalifət partiyası Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Qarabağla bağlı üçtərəfli bəyanata cavab olaraq 10 noyabr tarixindən etibarən İrəvanda mitinqlər keçirir. Müxalifət baş nazirin istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik tələb edir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
