Cənubi Qafqaz
Gürcüstanla Rusiya arasında danışıqlar BƏRPA OLUNDU - FOTO
Rusiya ilə Gürcüstan arasında danışıqlar bərpa olunub və növbəti görüş baş tutub.
Publika.az AzərTAC-a istinad xəbər verir ki, Gürcüstanın Baş Nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin sabiq müavini, senator Qriqori Karasin arasında noyabrın 27-də online görüş keçirilib.
Gürcüstan hökumət administrasiyasından bildirilib ki, görüşdə iqtisadi, humanitar, ticari və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, pandemiya səbəbindən cari ilin yanvar-oktyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi xeyli azalıb.
Hər iki ölkənin ticarət şirkətlərinin işinə köməklik göstərilməsi və onların qarşılaşdıqları problemlərin həlli barədə razılıq əldə olunub.
Zurab Abaşidze Abxaziya və Tsixinvali bölgələrindəki vəziyyətlə bağlı narahatlığını dilə gətirib.
Bu məsələ ilə bağlı daha ətraflı müzakirələrin növbəti Cenevrə görüşündə aparılacağı bildirilib.
Nəqliyyat əlaqələrinin bərpası ilə bağlı Rusiya tərəfi bildirib ki, epidemioloji vəziyyət sabitləşdikdən sonra iki ölkə arasında birbaşa aviareyslərin bərpası ilə bağlı danışıqlara başlanıla bilər. Amma Rusiya hələlik bu barədə konkret qərar qəbul etməyib.
Məlumat üçün qeyd edək ki, 2019-cu il iyunun 20-də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyalardan sonra danışıqlar prosesinə fasilə verilib və Rusiyadan Gürcüstana birbaşa aviareyslər dayandırılıb.
İki ölkə arasındakı diplomatik münasibətlər isə 2008-ci ilin məlum avqust hadisələrindən sonra dayandırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
