Cənubi Qafqaz
Generallar Paşinyan haqda yüzlərlə fakt ortaya qoydu - "İsgəndər"in buynuzunun İrəvanda yaratdığı TƏLATÜM
Ermənistan prezidenti Armen Sərkisyanın Baş qərargah rəisi Onik Qasparyanı yola gətirmək səyləri nəticə verməyib. Erməni KİV-ləri xəbər verir ki, dünən baş tutan görüşdə generallar və Onik Qasparyan 44 günlük müharibə ərzində Paşinyanın məntiqsiz və “satqın” komandalarına dair yüzlərlə faktları Sərkisyana təqdim ediblər. Və israr ediblər: o, getməlidir!
Bildirilir ki, Armen Sərkisyan Baş qərargahın binasını çox dilxor, pərt vəziyyətdə tərk edib. Bu gün səhər saatlarında Nikol Paşinyan Armen Sərkisyanla gizli görüş keçirir və onu Onik Qasparyanı vəzifədən azad etməyə inandırmağa çalışır.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan artıq ikinci gündür ki, Ermənistan silahlı qüvvələri baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifini təsdiq etmir.
Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi. Öz növbəsində Paşinyan bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi. Bütün bunlar Paşinyanın “İsgəndər” raketlərinin yararsız olduğuna və “10 faiz partladığına” dair dediklərindən sonra baş verib.
Bundan əvvəl Ermənistan prezidenti aparatından verilən bəyanatda deyilirdi ki, Armen Sarkisyan baş qərargah rəisinin vəzifədən çıxaırlmasını adi kadr yerdəyişməsi kimi qəbul edə bilməz:“Dövlət orqanlarının normal fəaliyyət göstərməsi naminə prezident indiyədək vəzifəli şəxslərin təyinatı və ya işdən çıxarılmasına prinsipial etiraz etməyib. Lakin hərbi vəziyyətdə və məlum bəyanatdan sonra silahlı qüvvələrin baş qərargah rəisinin vəzifədən kənarlaşdırılması sadəcə növbəti kadr dəyişikliyi kimi qəbul edilə bilməz...”
Bəyanatda deyilir ki, indiki situasiyada heç kim prezidenti siyasi prosesə qatmağa çalışmamlıdır: “Prezidentə hər hansı təzyiq yolverilməzdir. Prezident heç vaxt heç bir siyasi qüvvəni dəstəkləməyib və dəstəkləməyəcək. Öz vəzifələrini yerinə yetirən prezident müstəsna olaraq dövlətin və xalqın maraqlarından çıxış edir. Prezident Sarkisyan ölkədə sabitlik mühitinin və dözümlülüyün saxlanmasına xüsusi əhəmiyyət verir”.
Fevralın 26-da xəbər verilib ki, prezident Armen Sarkisyan ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylər göstərir. Məlumatda deyilir ki, Sarkisyan artıq Milli Məclisdəki partiya fraksiyalarının üzvləri, baş qərargahın rəisi Onik Qasparyan, habelə “Vətənin xilası” hərəkatının təmsilçiləri ilə görüş keçirib. Bunların hamısı baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
AzadlıqRadiosunun Erməni xidmət yazır ki, bu arada Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Ermənistanda yaranmış böhranın çözülməsi üçün “vasitəçilik missiyasını” davam etdirir.Lakin Arutyunyanın konkret olaraq kimlərlə görüşdüyü bildirilmir.
Fevralın 25-də Araik Arutyunyan baş nazir Nikol Paşinyan və silahlı qüvvələr baş qərargahının rəisi Onik Qasparyanla görüşdüyünü bildirmişdi.
Bu da xəbər verilir ki, Arutyunyanın baş qərargah rəisi ilə görüşündə habelə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da iştirak edib. (virtualaz.org)
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı