Cənubi Qafqaz
Türkiyədən xüsusi qrup Ermənistana gəldi: Qasparyanı zərərsizləşdirmək üçün - İDDİA/VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanın “LIVEnews.am” internet resursu Türkiyədən 13 nəfərlik xüsusi bir qrupun Gürcüstan-Ermənistan sərhədini keçərək ölkəyə girməsi barədə iddialar yayıb.
Publika.az xəbər verir ki, iddiaya görə, 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat-koordinasiya şöbəsinin nümayəndələrindən ibarət qrup Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi və digər əsas generalları zərərsizləşdirmək məqsədilə göndərilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti türk hərbçilərinin xüsusi bir qrupunun ölkəyə girməsi iddiası ilə bağlı şayiələri təkzib edib.
Qurum bəyanatında qeyd edib ki, Türkiyə silahlı qüvvələrinin xüsusi qrupunun ölkəyə daxil olması haqda xəbərlər yalandır: "Vətəndaşlarımızı bu cür dezinformasiyalara inanmamağa və ayıq-sayıq olmağa çağırırıq”.
Xatırladaq ki, Paşinyan Onik Qasparyanın vəzifədən azad edilməsi haqda prezidentə təqdimat göndərib. Lakin prezident Armen Sərkisyan bu təqdimatı imzalamayıb və geri qaytarıb.
Zümrüd
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)



















.jpg)

.jpg)