Cənubi Qafqaz
İrəvanda hərbçilər prezidenti tələb edir: Sarkisyan gəlməsə...- VİDEO (YENİLƏNDİ)
Hazırda Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində müxalif Vətənin Xilası Hərəkatının növbəti mitinqi davam edir.
Publika.az xəbər verir ki, Daşnaktsütyun partiyasının nümayəndəsi, "Yerkir Media" telekanalının informasiya və analitik xidmətinin direktoru Geqam Manukyan çıxışında müxalifətin mövqelərinin güclü və dəyişməz olduğunu bildirib.
Hərəkatın tələbləri dəyişməz olaraq qalır - Ermənistan baş naziri Nikol Paşinyanın istefası, müvəqqəti hökumətin qurulması və erkən parlament seçkilərinin keçirilməsi.
Prospektin Milli Məclis binası ilə üzbəüz hissəsi 25 fevral axşamından bəri bağlıdır, çadırlar qurulub, hərəkat fəalları və onlara dəstək verən vətəndaşlar gecə-gündüz xidmətdədir.
Mitinqdə "Ordu, Millət, Zəfər" və "Nikolsuz Ermənistan" şüarları səslənir.
***
16:19
Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edərək prezident Armen Sarkisyanla görüşmək üçün avtombil karvanı ilə İrəvanın Baqramyan prospektinə irəliləyib.
Publika.az xəbər verir ki, Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan prezidentin onlarla görüşməyəcəyi təqdirdə, iqamətgahına gedəcəklərini açıqlayıb: “Prezidentimizi Ermənistan baş Naziri Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisini vəzifəsindən azad etmə qərarını konstitusiyaya zidd olaraq tanıma tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırırıq”.
Onun sözlərinə görə, etirazçılar prezidentdən konstitusiya borcunu yerinə yetirməsini tələb edir. Sarkisyan görüşməkdən imtina edərsə, prezidentin qorxusunun səbəbini öyrənməyə çalışacaqlar.
***
14:37
Ermənistanda Müdafiə Nazirliyinin binası qarşısında keçmiş hərbçilər etiraz aksiyası keçirirlər.
Publika.az yerli KİV-ə istinadən bildirir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək məqsədilə keşirilən aksiyada keçmiş hərbçilər bütün həmkarlarını, ordunu və müharibə veteranlarını mitinqdə iştiraka çağırıblar.
Hazırda mitinq davam edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
