Cənubi Qafqaz
Ermənistanda böyük böhran - 700 min nəfər ölkəni tərk edib
Son 29 ildə Ermənistan əhalisinin sayı təxminən 700 min nəfərə yaxın azalıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” ökənin statistika qurumuna istinadən məlumat yayıb. Qeyd edilib ki, 1992-ci ilin əvvəlində Ermənistan əhalisinin sayı 3 milyon 633 min nəfər olub.
2020-ci ilin dördüncü rübündə isə əhalinin sayı 2 milyon 967 min nəfər təşkil edib.
Faktiki olaraq müstəqillik qazandıqdan bəri son 29 ildə (1991-2020), 2012-ci il (5,5 milyon) istisna olmaqla Ermənistan əhalisi hər il azalıb.
Ölkədəki demoqrafik böhranın əsas səbəbləri doğum sayının aşağı düşməsi və miqrasiyadır. Müstəqillik illərində Ermənistana gələnlərin sayı ölkəni tərk edənlərin sayından az olub.
2020-ci ildə ölkəni tərk edənlərin 90%-i Rusiyaya gedib. Onların yalnız 50,4%-i 3 və ya daha çox aydan sonra Ermənistana qayıdıb. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq doğulubsa, 2020-ci ildə yalnız 36 448 doğum qeydə alınıb. Ermənistanda bir çox ailənin ikinci övladı yoxdur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
