Cənubi Qafqaz
Poznerin Tiflisə səfəri ciddi etirazlara səbəb oldu
Rusiyanın məşhur telejurnalisti Vladimir Pozner martın 31-də “Airzena” aviaşirkətinin çarter reysi ilə Moskvadan Tiflisə gəlib. Onunla birlikdə Tiflisə Rusiyanın 50-yə yaxın jurnalisti və şou-biznes nümayəndəsi gəlib.
Publika.az xəbər verir ki, rusiyalı telejurnalistin Tiflisə səfəri ciddi etirazlara səbəb olub.
İctimai fəallar və müxalifət nümayəndələri telejurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya iştirakçıları bəyan ediblər ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan, etnik gürcü və abxazları təhqir edən bir şəxs təcili ölkədən çıxarılmalıdır.
Bəzi məlumatlara görə, telejurnalist V.Pozner aprelin 1-də doğum gününü Tiflisdə qeyd etmək üçün gəlib.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi gecə saatlarında V.Poznerin səfəri ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, V.Poznerin Tiflisə səfəri qanun çərçivəsində reallaşıb. Nə onun, nə də telejurnalisti müşayiət edən nümayəndə heyətinin Gürcüstana səfərində heç bir qanun pozuntusu yoxdur.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































