Cənubi Qafqaz
Rus əsgərləri Zəngəzura yerləşdi, səfir gəldi - FOTO
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın Gorus rayonuna səfər edib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, rus səfir eyni zamanda Rusiya sülhməramlılarının Sisiandakı xüsusi aviasiya qrupunu, həmçinin 102-ci hərbi bazanın Gorusda yerləşdirilən qrupunu ziyarət edib.
Gorusda bölgənin meri ilə görüşən səfir Zəngəzur sərhədi ilə bağlı vəziyyətlə maraqlanıb. Kopırkin Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirdiyini qeyd edib və merə rus hərbçilərinin Gorusda yerləşməsi üçün ortaya çıxan məsələləri operativ qaydada həll etdiyinə görə təşəkkür edib.
Gorus meri Aruş Aruşanyan isə Zəngəzurun təhlükəsizliyini təmin edən Rusiyaya minnətdarlığını bildirib.
Gorusda məktəblərin birində Son zəngdə də iştirak edən səfir burda rus dilinin tədrisi ilə maraqlanıb.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın 102-ci hərbi bazasının filialının Zəngəzurda açılması barədə qərar verilmiş, bunun üçün Rusiyaya böyük torpaq sahəsi ayrılmışdı. Hazırda 102-ci bazanın genişlənməsi adı ilə Rusiya Zəngəzurda daha bir bazanın formalaşdırılmasını həyata keçirir.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ












.jpg)

























