Cənubi Qafqaz
Paşinyanın ŞOK PLANI: Azərbaycan və Türkiyə ilə birlikdə...
“Paşinyan Zəngəzurda Azərbaycana nəqliyyat dəhlizi verməyə məcbur olacaq”.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu dünən sərhəddə baş verən gərginlikdən sonra Ermənistanı İranla bağlayan Qafan-Gorus yolunu bağladığını bildirib.
Matevosyan qeyd edib ki, bu gün Ermənistan xarici dünya ilə iki yolla bağlıdır: Zəngəzur vasitəsilə İrana gedən və həmçinin Tavuş bölgəsindəki anklavlardan (Qazaxın işğalda olan kəndlərindən keçən yol) Gürcüstana uzanan yol:
“Azərbaycan Qafan-Gorus yolunu bağlı saxlamağa davam edərsə (və bu ağır yük daşımaları üçün İrana gedən yeganə yoldur), həmçinin Tavuşdakı anklavları geri qaytarıb, bununla da Ermənistan-Gürcüstan dövlətlərarası yolu üzərində nəzarəti ələ keçirərsə, Ermənistanın tamamilə nəqliyyat blokadasına düşəcəyini əminliklə söyləmək mümkün olacaq. Vəziyyət bu formada davam edəcəksə, Azərbaycanın Zəngəzurda planlaşdırdığı kommunikasiya xətlərinin açılmasına məcburi razılıq veriləcək. Bu isə o deməkdir ki, Ermənistan birbaşa Azərbaycanın kommunikasiyalarından asılı vəziyyətə düşəcək”.
Matevosyan Baş nazir Paşinyanın Türkiyə və Azərbaycanla ticarət əlaqələri qurmaq arzusunda olduğunu bildirib. Bu səbəbdən də Zəngəuz dəhlizinin açılmasına razı olduğunu deyib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi





















.png)
.jpg)














