Cənubi Qafqaz
Vyanadan "Metsamor"a səfər - AEBA Baş direktoru AES-i yoxlayacaq
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossi oktyabrın 4-dən 5-dək Ermənistanda işgüzar səfərdə olacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan bildirib.
O qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edəcək.
Səfər çərçivəsində Baş direktor Rafael Mariano Qrossini Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş naziri Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur, səhiyyə nazirləri qəbul edəcəklər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru həmçinin, "Metsamor" Atom Elektrik Stansiyasına, Fanarjyan adına Milli Onkologiya Mərkəzinə baş çəkəcək və İrəvan Dövlət Universitetinin tələbələri üçün mühazirə oxuyacaq.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın inkişafı üzrə beynəlxalq təşkilatdır. Agentliyin əsası 1957-ci ildə qoyulub. Mənzil-qərargahı Vyanada (Avstriya) yerləşir.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
