Cənubi Qafqaz
Qasımovun İrəvana gizli səfəri Ermənistanı qarışdırdı: ona yardım edən kimdir? - VİDEO
Hərbi ekspert Telman Qasımovun İrəvanda böyüdüyü evdən çəkdiyi videogörüntülər Ermənistanı qarışdırıb.
Publika.az xəbər verir ki, T.Qasımov İrəvana səfər edib və böyüdüyü məhəlləni, eləcə də yaşadıqları binanı videolentə alıb. Görüntülərdən məlum olur ki, azərbaycanlılar Qərbi Azərbaycanda öz evlərindən qovulduqdan sonra onların mülkləri ermənilər tərəfindən zəbt olunub.
Artıq iki gündür bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub. Ermənistan təhlükəsizlik orqanlarının yatdığı, azərbaycanlı ekspertin İrəvana rahat şəkildə gedib çəkiliş apara bildiyi deyilir. Ermənistan Milli Təhlükəsizlik Xidməti ittihamlardan yayınmaq üçün məsələ ilə bağlı rəsmi açıqlama verib.
Ermənistan MTX iddia edir ki, bu görüntülər 2017-ci ildə çəkilib və T.Qasımova verilib. Görüntüləri çəkən və Qasımova verən şəxsin ikili vətəndaşlığı olan A.K. olduğu deyilir. Bu açıqlama ilə erməni cəmiyyətində yaranmış təşvişi sakitləşdirməyə və Ermənistanın təhlükəsizlik orqanlarını ittihamlardan yayındırmağa çalışırlar. Bu məqsədlə hətta videonun montaj edildiyini iddia edirlər.
Halbuki, videogörüntülərdən onun montaj olmadığı aydın görünür, xüsusilə həm erməni, həm Azərbaycan dilində danışan şəxsin eyni olması burada əsas məqamlardandır. Eyni zamanda, səs və hərəkətin uyğunluğu da montaj iddialarının doğru olmadığı ehtimalını ön plana çıxarır.
Bütün bunların fonunda Ermənistan MTX təkzib məlumatında belə nə qədər zəif olduqlarını etiraf edir. Əgər doğrudan da T.Qasımov bu görüntüləri A.K adlı ermənidən alıbsa, bu o deməkdir ki, sıradan bir azərbaycanlı Ermənistanın təhlükəsizlik sistemini asanlıqla darmadağın edə bilir.
Qeyd edək ki, T.Qasımovun İrəvana səfər etməsi, öz evlərinə baş çəkməsi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin aktuallığı fonunda xüsusilə diqqət çəkib. Erməniləri qorxuya salan da məhz bu amildir.
Asif
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir



































.png)