Cənubi Qafqaz
Simonyan elan etdi: Rusiya sərhədçiləri Ermənistandan çıxarılır
“Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk etməsi düzgün olardı”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan qeyd edib ki, bu, onun şəxsi fikridir, lakin belə müzakirələrin aparıldığı haqda məlumatı yoxdur. Erməni spiker istisna etməyib ki, təhlükəsizlik orqanları bununla bağlı müzakirələr aparıb.
“Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Bir neçə dəfə sübut olunub ki, onlar sərhədləri qorumayıblar, əksinə, ordakı durumu daha da həssas etmək üçün hər şeyi ediblər. Qarabağa gəldilər, nə etdilər? Erməniləri müşaiyət etdilər, sonra onları çıxartdılar. Bir gün gəlib məni də, səni də “Zvartsnots”dan müşaiyət edəcəklər”, - Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bu, Rusiya hərbçilərinin Ermənistandan çıxarılması istəyi haqda rəsmi İrəvanın ilk açıqlamasıdır. Bir neçə gün öncə Ermənistan mediası rus sərhədçilərinin İrəvandakı “Zvartsnots” hava limanından çıxarılmağa başladığı haqda məlumat yaymışdı, lakin rəsmi şəkildə təsdiq olunmadı. Simonyanın açıqlaması isə rus sərhədçilərin hava limanından çıxarılacağının anonsu hesab edilə bilər. Bunun Ermənistandakı Rusiya hərbçilərinin tamamilə çıxarılması, hərbi bazanın ləğv edilməsinin başlanğıcı olacağı da istisna edilməməlidir.
Asif
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)



















.jpg)

.jpg)