Tabloid.az
Bakıda Beynəlxalq Caz Günü keçiriləcək
2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü altında UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində “Beynəlxalq Caz Günü” qeyd olunur.
Publika.az" style="background-color: transparent;">Publika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulmuş və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib.
Ənənənin təşəbbüskarı olan H.Hənkok Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İsfar Sarabskini forumun ilk keçirilişinə rəsmi dəvət edərək, onu “H.Hənkokun dostları” Cəmiyyətinə daxil edib. 2015-ci ildə Parisdə baş tutmuş Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, respublikanın əməkdar artisti Ruslan Hüseynov, Elvin Bəşirov və xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu təmsil edib.
2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.
Bu il də beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 29 aprel-02 may 2022-ci il tarixlərində paytaxtımızın Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi kimi konsert zallarında Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək.
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı

















.jpg)















