Tabloid.az
Azərbaycan cazı Almaniyada
Almaniyada keçirilən Jazzahead Beynəlxalq sərgi və festivalda Azərbaycan cazı da təqdim olundu.
Publika.az">Publika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, aprelin 28-dən mayın 1-dək Bremen şəhərində keçirilən Jazzahead-2022 caz üzrə ən mühüm və geniş beynəlxalq platformadır. Buraya dünyanın bir çox ölkəsindən 15 minə yaxın ziyarətçinin gəlməsi gözlənilir. Azərbaycan bu ilki sərgidə iki istedadlı ifaçı – pianoçu Əfqan Rəsul və vokalçı Diana Hacıyeva duetini təqdim edir. Peşəkar pianoçu, Montrö Caz Festivalı gənc caz musiqiçilər müsabiqəsinin iştirakçısı Əfqan Rəsul tanınmış gənc vokalçı Diana Hacıyeva ilə birlikdə qısa müddət ərzində həm dinləyicilərin, həm də bu janrın peşəkar bilicilərinin sevdiyi tandem yaradıb və bu duet ilk dəfə Bakı Caz Festivalı 2021-in səhnəsində təqdim olunub.
Jazzahead beynəlxalq caz sərgisində ölkəmizin iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Aprelin 27-də Almaniyanın Bremen şəhərində keçirilən Deutche Jazz Preis - Alman Caz Mükafatlarının təqdim edilməsi mərasimində tanınmış gənc ifaçı, Əməkdar artist İsfar Sarabski də iştirak edib. İ.Sarabskinin "Planet" albomu "İlin ən yaxşı xarici debüt albomu" nominasiyası üzrə təqdim olunub. Albom Mükafata təqdim olunmuş yüzlərlə yeni layihələr arasından münsiflər heyəti tərəfindən 3 nominantdan biri kimi seçilib.
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO







.jpg)








.jpg)



.jpg)
















