Tabloid.az
Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlar olarsa... AKİ-dən XƏBƏRDARLIQ
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.
AKİ-dən "Report"a verilən məlumata görə, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq.
"Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir.
Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızn inkişafına heç bir xeyir gətirməyəcək.
Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, ittifaqın üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik.
Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun, 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq"- AKİ-dən bildirilib.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






