Tabloid.az
Kobzon: “Onların sanksiyasına tüpürürəm”
"Onların sanksiyasına tüpürürəm".
Publika.az xəbər verir ki, bu sözləri Rusiya estradasının veteranı İosif Kobzon adının Avropa İttifaqının "qara" siyahısına düşməsinə münasibət bildirərkən deyib.
Rusiya televiziyasına danışan İosif Kobzon onu "qara siyahıya" salanlara "minnətdarlığını" bildirib: "Məmnun və minnətdaram". Müğənni yalnız ondan təəssüfləndiyini bildirirb ki, qızı və nəvəsinə baş çəkə bilməyəcək. Kobzonun qızı avstraliyalı vətəndaşda ərdədir, hazırda Britaniyada yaşayır.
"Düşmənlərim məni Donbass və Krımda çıxış etməkdə günahlandırırlar. Mən isə ora bir daha gedəcəyəm", - Kobzon deyib.
Müğənni, Donetsk və Luhanska bu ayın sonunda gedəcəyini bildirib.
Prezident Vladimir Putinin digər tərəfdarları kimi İosif Kobzon da Ukrayna hökümətinə qarşı vuruşan rusiyapərəst üsyançıları dəstəkləyir.
İlk dəfə deyil ki, 77 yaşlı müğənninin adı Qərbdə tərtiblənmiş qara siyahıya salınır. 1994-cü ildən o, dəfələrlə ABŞ səfirliyinə viza üçün müraciət etsə də, onun müraciəti təmin edilməyib.
Rusiyalı müğənninin viza xahişinə rədd cavabının verilməsi siyasi motivlərlə yox, kriminal məslələrlə əlaqələndirilib. Onun viza müraciətinə ilkin rədd cavabında Kobzonun adının "qeyri-qanuni fəaliyyətdə" hallandığı qeyd olunub.
Güman edilidiyinə görə, İosif Kobzonun Rusiya cinayətkar aləminin avtoritetlərindən sayılan Yaponçik ləqəbli Vyaçeslav Ivankovla yaxın əlaqələri olub. Yaponçik 2009-cu ildə Moskvada kriminal qruplar arasında haqq-hesabı çürüdüldüyü zaman aldığı güllə yarasından ölüb.
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
Yaxın Şərq09:49İsrail yenidən genişmiqyaslı hərbi əməliyyatlara başladı
-
Sağlamlıq09:29Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
























.jpg)









