Tabloid.az
Fikrət Əmirovun “Min bir gecə” baleti Minskdə
Fevralın 14-dən 16-dək Minskdə, Belarus Dövlət Musiqili
Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir
gecə" baletinin premyerası olmuşdur.
Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə
Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası, beynəlxalq müsabiqələr
laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq
ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq
dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər
belarus tamaşaçıları tərəfindən böyük heyranlıqla
qarşılanmışdır.
Tamaşanın quruluşunda, həmçinin teatrın baş baletmeysteri,
Belarus Respublikasının Xalq Artisti Vladimir İvanov, eləcə də
quruluşçu-baletmeysterin assistentləri, Belarusun Əməkdar
artistləri Janna Lebedeva və Olqa Serko, rəssam Lyubov Sidelnikova,
musiqi redaktoru, Azərbaycanın Əməkdar Artisti Samir Səmədov
iştirak etmişlər.
Tamaşada aparıcı partiyaları Belarus Dövlət Musiqili Teatrının
solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux
(Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç
(Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik
(Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin),
Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova
(Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa etmişlər.
"Min bir gecə" baletinin ifaçıları - Mayk Partuş (Fransa),
Ririko İto, Mayuoko Ono və Mika Suzuki (hər üçü Yaponiya), İrina
Voytekunas (Litva) müxtəlif ölkələri və qitələri təmsil
etmişlər.
Üç gün ərzində bütün tamaşalar anşlaqla keçmişdir.
Baletin hər bir nömrəsi sürəkli alqışlarla müşayiət olunmuşdur.
Tamaşa başa çatdıqdan sonra dinləyicilər solistlərə, dirijor Əyyub
Quliyevə, xoreoqraf Mədinə Əliyevaya və rəssam İnarə Aslanovaya
məmnunluqlarını sürəkli alqışlarla bildirmişlər.
"Min bir gecə" baletinin Minskdə premyerası Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilmişdir.
Tamaşanın premyerasında, həmçinin mədəniyyət və turizm nazirinin
müavini Sevda Məmmədəliyeva, Belarus Mədəniyyət Nazirliyinin
rəhbərliyi, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə
iştirak etmişlər.
Xatırladaq ki, 2010-cu ildə Belarus Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının, 2013-cü ildə isə Belarus Dövlət Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin "Yeddi gözəl" baletinin premyeraları olmuşdur.
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 10 Aprel 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir




































