Təhlil
Dünyanı təhdid edən ərzaq böhranı: Azərbaycan hansı tədbirlər görür?
Rusiya-Ukrayna müharibəsinin başlaması, bu kontekstdə tətbiq olunan qurğular və bununla da buğda ixracatçısı olan əsas qoyduğu embarqolar qida monitorinqi və daclıq riskini. Müharibə ilin fevral ayından sonunda kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40% bahalaşıb. Hazırki qiymət 14 ilin ən yüksək səviyyəsinə son.
Buğda kənd təsərrüfatı məhsullarının təminatında əsas təsərrüfat məhsulu hesab olunur. Elə buna görə də kin strukturunda buğda xüsusi çəkiyə malikdir. Azərbaycanda buğdanın mə, də, un və un qiymətlərinin xarici bazarlardan əldə edilməsi. Nəzərə alsaq ki, Rusiya taxılının ən böyük alıcıları Azərbaycan da var. təntənəli dövlət buğda ixracını ölkə bazarına çıxara bilməz. Unutmaq olmaz ki, Azərbaycanda qida rasionunda xüsusi çəkisi olan çörək və digər un məmulatlarının hazırlanması üçün buğda unu əsas xammaldır. dünya bazarında buğdanın bahalaşmasının ölkə daxilində çörəyin qiymətinə də təsirsiz ötüşməyəcək.
Hazırda müharibə edən iki ölkə dünyanın ən böyük ixracatçılarıdır:
- Buğdada Rusiya birinci, Ukrayna beşinci;
- Arpada Ukrayna ikinci, Rusiya üçüncü;
- Qarğıdalıda Ukrayna üçüncü, Rusiya beşinci.
Proqnozlar qida təhlükəsizliyinin əldə edilməsi üçün dünyai hərəkətə keçirməyə başladı. Bir sıra nəzarət rəhbərləri, hökumət başçıları beynəlxalq tribunadan bununla bağlı bağlı təcili tədbirlər görülməsinin vacibliyini qeyd etdi. Eyni zamanda, mayın 22-də Davos Dünya İqtisadiyyatı Forumunda bir sıra dövlət başçıları, nazirlər, Rusiya-Ukrayna müharibəsi və tətbiq olunan sərt qərarlar fonunda başda vergi ödəyəcək, bir çox zərərli bahalaşmaya davam edəcək. Belə bir şəraitdə Azərbaycan da bu vəziyyətdən sığortalanmamışdır. Ölkəmizin bütün böyük iqtisadi potensialı cərəyan edən dünyanın bir hissəsidir və ehtiyatlarımızın gücündən asılı olaraq, nəticənin nəticəsin yan keçməyəcək.
Bütün taxıllarının həm də gübrələrinə ehiyacı var, dəqiq məhsuldarlıq ondan əldə edilir. Gübrələrin ən böyük tədarükçüləri Rusiyadır. Təxminən 25 ölkə bütün ən vacib gübrələrin üçdə birindən çoxunu Rusiyadan alır. Hindistan Rusiya gübrə satışını dayandırıb. belə, siyasi və hərbi tədarüklə yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarükü zəncirini pozub. Nəticə etibarilə gübrə və enerji daşıyıcılarının qiymətlərinin yüksəldilməsi nəticəsində əldə edilən məhsullar çıxarıldı.
Burada bir məqamı da vurğulamaq yerinə düşər: taxıl qiymətlərinin qalxması bütün heyvandarlıq məhsullarının maya dəyərinin artmasına gətirib çıxarır. Bu isə o deməkdir ki, inflyasiya bütün qida zənciri boyunca sürətlənir. Nəzərə alsaq ki, Azərbaycan da asılı ölkələrdəndir. Ölkəmiz Rusiyadan buğda tədarükündən 95%, gübrədən isə 66% asılıdır. Həmçinin, Azərbaycan Rusiya taxılının ən böyük alıcıları sırasındadır (305 milyon dollar). Azərbaycanın ümumi taxıl tələbatının 42-43 faizi, ərzaqlıq taxıl ehtiyacımızın isə 75 faizi idxalla təmin olunur.
Azərbaycan beynəlxalq tribunadan dünyanın diqqətini bu məsələyə necə cəlb edir?
İlk növbədə, taxılın, buğda qiymətlərinin artımı müşahidə olunur. Digər tərəfdən regionda baş verən hadisələr şübhəsiz ki, müəyyən nəqliyyat, logistikada olan mövcud problemləri daha da artırıb. Bu da qiymətlərin artımına təsir göstərib. Xarici faktorlardan formalaşan qiymət artımları Azərbaycana da sirayət edib. Prezident İlham Əliyev qlobal ərzaq böhranı, qida təhlükəsizliyi və mövcud problemlər fonunda atılması lazım olan addımları bu il ərzində bir neçə dəfə dilə gətirib.
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumda təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi və Azərbaycan-Ermənistan münasibətlərinin əsas gündəm maddələri olduğu çıxışında ilk olaraq ərzaq təhlükəsizliyi və icrası labüd olan qabaqlayıcı tədbirlərə diqqət çəkdi.
Eyni zamanda dövlət başçısı Foumda gündəlikdə duran məsələlərdən birinin beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olduğunu diqqətə çatdırdı. Prezident bildirdi ki, artıq ərzaq böhranı bizə yaxınlaşır. Prezident diqqəti həm də bu kontekstdə önəmli bir məsələyə yönəltdi: Dünya bazarında neft qiymətlərinin artımı fonunda neft ixrac edən ölkələrin qlobal ərzaq böhranından yan keçəcəyi ilə bağlı proqnoz verənlərə beynəlxalq tribunadan cavab verdi.
Prezidentin çıxışından irəli gələn əsas məqamlar:
- Beynəlxalq institutlar, maliyyə institutları dərhal ərzaq böhranı ilə bağlı öz rollarını müəyyənləşdirməlidirlər;
- Xarici təşkilatlar, aparıcı ölkələr miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər;
- Enerji bazarındakı vəziyyət ətraflı təhlil olunmalı, lazımi addımlar atılmalıdır. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar yaradılmalıdır.
Nəzərə alsaq ki, enerji bazarlarındakı vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, istehsalçılar üçün də riskdir. Yəni, böhran “qara qızıl”ın ixracatçısı olan Azərbaycandan da yan keçməyəcək. Dövlət başçısı da qeyd etdi ki, əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. Yəni həqiqətdə istehsalçılara istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər də məhz buna yönəlib.
Bu, Prezident İlham Əliyevin bu il ərzində qida təhlükəsizliyi və qlobal ərzaq böhranı ilə bağlı ilk çıxışı deyil. Dövlət başçısı bir neçə dəfə bu məsələni gündəmə gətirib:
- Prezident 2022-ci ilin 12 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsini ən vacib məsələlərdən biri olaraq xarakterizə edərək ölkədə bu istiqamətdə görülən işlərlə bağlı geniş məlumat vermişdi.
- Cari ilin 12 aprel tarixində keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də sözügedən məsələ qaldırılıb, ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrıldığı qeyd olunub.
Beləliklə, dünya üçün aktual olan bu məsələ Azərbaycan üçün ilin əvvəlindən etibarən nəzarətdə saxlanılmaqdadır.
Azərbaycan proqnozlar fonunda hansı addımları atır?
Azərbaycanda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hökumət tərəfindən müəyyən antiinflyasiya tədbirləri hazırlanır və həyata keçirilir. Bu tədbirlərin əksər hissəsi Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud gömrük rüsumları və müəyyən vergilərin aradan qaldırılması ilə bağlıdır. Bununla əlaqədar müəyyən qərarlar qəbul edilir. Maliyyə naziri Samir Şəirfov da bildirmişdi ki, bütün bu qərarların nəticəsində bir sıra məhsulların qiymətinin artımını aradan götürməklə bahalaşmanın qarşısı alınacaq.
Digər tərəfdən, müvafiq orqanlara tapşırıqlar verilib ki, qiymətlərin artımından sui-istifadə hallarının qarşısı alınsın və bu istiqamətdə işlər aparılır. Eyni zamanda, sahibkarlarla maarifləndirici tədbirlər həyata keçirilir. Ərzaq məhsullarının qiymətinin artırılmasını nəzərə alaraq, cari ildə dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 milyon manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulub. Bu sahədə əlavə çevik tədbirlərin həyata keçirilməsi davamlı olacaq.
Dövlət həmçinin, ərzaq böhranı proqnozları fonunda yaranan qiymət artımının əhaliyə minimum təsiri üçün tədbirlər həyata keçirir. Prezidentin tapşırığına əsasən, ötən il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının 20 faiz artırılması ilə bağlı sərəncamlar imzalanıb, eyni zamanda, pensiyaların indeksləşdirilməsi istiqamətində addımlar atılıb. İndeksləşmə məbləğinin qanunvericiliyə uyğun olaraq az olmasını nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən pensiyaçılara əlavə maddi yardımın göstərilməsi barədə qərar qəbul edilib. Bu tədbirlərlə hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azalsın.
Dövlətimizin uzaqgörən siyasəti, atılan qabaqlayıcı addımlar
Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir”. Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir.
Azərbaycanda 2019-cu ildən başlayaraq, idxal zamanı gömrükdə taxıla tətbiq olunan vergilər aradan qaldırıldı. Yəni dövlət taxılın qiymətinin daha da bahalaşmaması üçün bu addımı atdı. Daha sonra 2021-ci ildə vergi effektinin kifayət etmədiyini nəzərə alaraq, subsidiyalar verilməyə başlandı. Çünki taxıl qiymətləri sürətlə bahalaşırdı. Azərbaycan hökuməti tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, ərzaq ehtiyatının formalaşıdırılması üçün 2021-ci ilin sonlarından bu günə qədər müxtəlif silsilə qərarlar verilib, bir sıra tədbirlər həyata keçirilib. Hazırda da bu işlər davam etdirilir. Monitorinq sistemi yaradılıb, ölkənin ümumistehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından ibarət 28 adda məhsulun ixracına nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Yerlərdə süni qiymət artımlarına qarşı monitorinqin 68 şəhər və rayonda sistemli şəkildə aparılması və digər tədbirlər bilavasitə ölkənin ərzaq ehtiyatının toplanmasına və daha səmərəli idarə edilməsinə xidmət edir.
Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq. Qiymət siyasəti ilə bağlı da iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi.
Qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün daha hansı tədbirlər görülə bilər?
Bu məsələdə ilk diqqət yetirilməli olan məqam subsidiyalarla bağlıdır.
Taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı. Nəzərə alsaq ki, taxıl-buğda strateji əhəmiyyət daşıyır. Buğda istehsal edən fermerlər strateji məhsul olaraq daha çox subsidiya alırlar, amma həmin subsidiya məbləğinə baxılması, xüsusən də istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur. Bu da imkan verər ki, həm istehsalın genişləndirilməsinə nail olunsun, həm də daxili istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısı alınsın.
Digər bir məqam isə beynəlxalq bazarlarda satışı həyata keçirilən məhsulları valyuta ehtiyatlarımız mövcud olduğu üçün idxal etmək imkanımız var.
Yəni pulumuz da var, satan da. Ancaq elə məhsullar var ki, onlar beynəlxalq bazarlarda məhdud həcmdə satılır və Azərbaycanın valyuta ehtiyatlarının olmasına rəğmən bu məhsulları əldə etmək böyük müşkülə çevrilir. Buna görə də qısa zamanda belə məhsulların ölkəmizdə istehsalına nail olmaq lazımdır.
Əsas məqamlardan biri də idxaldan asılı olduğumuz, lakin qlobal ərzaq çatışmazlığı səbəbindən idxalı həyata təmin bilmədiyimiz sahələrin ölkəmizdə inkişafına nail olmaqdır. Hazırda ərzaq təhlükəsizliyində mühüm rol oynayan, ancaq idxal edə bilmədiyimiz məhsullardan daha az strateji olan bəzi qeyri-qida sahələrini əvəzləyə bilərik.
İşğaldan azad olunan ərazilər ərzaq təhlükəsizliyində hansı rolu oynaya bilər?
İşğaldan azad edilmiş rayonlarda buğda əkini üçün böyük potensial mövcuddur. Çünki 1990-cı ilə qədər ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının təxminən 40 faizə yaxını məhz keçmiş Qarabağ iqtisadi rayonunun payına düşürdü. Ümumilikdə isə 250 min hektardan çox əkinə yararlı torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi. İstehsal edilən taxıl isə ölkənin ümumi istehsalının 14,3 faizini təşkil edib.
Bunları nəzərə alaraq, demək olar ki, orta və uzunmüddətli perspektivdə işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təminetmə səviyyəsini yüksəldə bilər.
müstəqil, azad iqtisadiyyatın Azərbaycan modeli öz bəhrəsini verir. Dövlətimizin məhsuldarlığını təmin etmək üçün uğurlu siyasət, ərzaq təhlükəsizliyinin təmin edilməsi və gözlənilmədən minimum təhlükə ilə çıxış edilməsi üçün atılan addımlar hazırkı dönəm üçün böyük zərərin qarşısını almaq. Prezident İlham Əliyevin idarəsi ilə dövlətimiz dünya nizamına təhdid hesab olunan ərzaq məhsulları ilə bağlı siyasətləri daha da artıracaq və bu məsələdə iqtisadi fəaliyyətlərin sayı artırılacaq.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...