Yazarlar
Ac adamın dünyası
Dünya ədəbiyyatında elə əsərlər var ki, insanın yaddaşında qalır, öz xatirənmiş kimi daim qarşına çıxır. Günlərcə, həftələrcə əsərin personajlarını unuda bilmirsən. Əsərin dünyasında silkələnir, çabalayır, ağlayır, tramvalar alırsan.
Bu günlərdə Knut Hamsunun “Aclıq” əsərini oxudum. Deyilənə görə, avtobioqrafik əsər sayılsa da, eyni zamanda ictimaidir. Sözü verək yazıçının özünə: “Ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, onun əsəb sarsıntılarını təsvir etməyə səy göstərmişəm”. Ancaq oxuduqca hiss edirsən ki, əsərin qəhrəmanı elə Hamsunun özüdür.
Yazıçı səfil həyat yaşayır. Kirayə qaldığı evdən tezliklə qovulur. Küçə həyatı onu ağuşuna alır. Günlərcə ac qalır, skamyalarda gecələyir. Nimdaş paltarları getdikcə daha da köhnəlir. Yazıçı maddi-mənəvi böhran içindədir. İş üçün müraciət etdiyi yerlərdən o qədər rədd cavabı, yarımçıq vədlər, qəti “yox” cavabları, vədlər alır ki...
Qəhrəmanımız uçurumun kənarındadır. Həyat ona acımadan zərbələr vurmaqdadır. Hər zərbə yazıçını daha da əldən salır. Aclıq onun üçün dözülməz həddə çatır. Bəzən quru çörək üçün saatlarca axtarışa çıxır, bəzən də günlərini ac qarnına yatmaqla keçirir. Yazıçının psixoloji vəziyyəti də gərginləşir, aclıq onun hisslərini də ac qoyur.
Oxuduqca aclığın nə qədər ağır, dözülməz bir şey olduğunu hiss edir, hətta az yemək yeyirdim. Nədənsə iştaham yetərincə deyildi. Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı deyil. O sanki iki aləmdə - gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır.
Aclıq, səfalət, küçə həyatı zamanla, ancaq müvəqqəti şəkildə dəyişir. Yəni üç-dörd gün isti yerdə yatan yazıçının qarnı doyur, isti çay içə bilir. Ancaq təəssüf ki, bu qısa günlər tez başa çatır və yenə aclığa düçar olur. Yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliliyi onu yenə də həyat mübarizəsindən çəkindirmir.
Ac personaj zəiflik, başgicəllənməsi, ürəkbulanması və əsəb gərginliyindən əzab çəkir. Aclıq onun bədənini iflic edir. Dəfələrlə ona elə gəir ki, acından öləcək. Bəzən Tanrını lənətləyir, bəzən mərhəmət diləyir. Hətta elə bir an gəlir ki, ağac qabıqları çeynəməklə aclıqdan xilas olmağa çalışır. Günlərin bir günündə bir xanımın arxasınca düşərək onunla tanış olur, hətta onu öpməyə də nail bilir. Adını belə bilmədiyi qıza qarşı hissləri oyanmağa başlayır. Qızın adını İlayali qoyur. Tezliklə sevdiyi qız yoxa çıxır. Onu başqa biri ilə görür.
Əsərdən bir parçanı xatırlayaq: “Aclıq dözülməz dərəcədə əzab verir, məni rahat buraxmırdı. Aclığımı öldürmək üçün tez-tez ağız suyumu udurdum, bu, sanki bir az kömək edirdi”.
-
Qoroskop01:20Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin!
-
Magazin122 May 21:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya22 May 20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz
-
Ekopublika.az22 May 19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil22 May 18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial22 May 16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya22 May 15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya22 May 14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır




















.jpg)


















