Dirisi ilə rus, ölüsü ilə ərəb dilində danışmaq... - Bu işgəncədən NECƏ QURTULAQ?
Bizi izləyin

Xüsusi

Dirisi ilə rus, ölüsü ilə ərəb dilində danışmaq... - Bu işgəncədən NECƏ QURTULAQ?

Dirisi ilə rus, ölüsü ilə ərəb dilində danışmaq... - Bu işgəncədən NECƏ QURTULAQ?

Dil xalqın tükənməz gücü, zəngin xəzinəsidir. Dilin yaxşısı, pisi olmur. O fikirlərin aydın güzgüsü, düşüncələrinin libasıdır. Doğmalarının qəlbinə toxunmaq üçün ən böyük sehirdir. Ana dilin varsa demək bu dünyada tək deyilsən. Qəlbində oxuyan, danışan, bəzən də qəsdinə duran bir möcüzə var. 1 avqust tarixində ən böyük möcüzəmiz olan ana dilimiz öz gününü qeyd edir. Bu münasibətlə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü ilə Azərbaycan dili və əlifbası bayramının yaranma tarixinə nəzər saldıq.

Похожее изображение

Filologiya üzrə fəlsəfə doktoru, dosentBu gün ölkəmizdə əlamətdar günlərdən biridirş 2001-ci il 9 avqust tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı sənəncama əsasən avqustun biri Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur. Dünya xalqlarının yazı mədəniyyətinə qoşulmaq üçün bu sərəncamın imzalanması yeni perspektivlər açdı. 20 əsrdə əlifbamız bir neçə dəfə dəyişib. Cümhuriyyət dövrümdə 27 iyun tarixində imazalanmış ikinci sənəd Azərbaycan dilinin dövlət dili elan olunması oldu. Müstəqilliyimizi əldə etdikdən sonra isə dilimizə dövlət qayğısı artıb. Azərbaycan dilinin saflığının qorunması yolunda nəzarət artırılıb. 2001 ci ildə Ulu Öndərin imzaladığı sərəncam dövlət dilinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəcam Azərbaycan dilinin hüquqi, siyasi statusunun möhkəmləndirilməsi sahəsində atılan önəmli addım oldu. Bu sərəncamın ardınca 2004-cü ildə cənab prezident İlham Əliyev latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi haqda sərəncam imzaladı. Bundan sonra kiril əlifbası ilə nəşr olunan əsərlər yenidən latın qrafikası ilə çap edildi.

Dilə sevgi ailədən başlayır. Dilimizi də ən az torpağımız qədər sevməliyik. Əsrlər bpyü Azərbaycan başqa imperiyariyaların tərkibində olsa da dilindəki saflığı qoruyub. Müstəqilliyimizi əldə edəndən sonra isə ana dilimiz dövlət atributuna çevrildi. Dilin inkişafı dövlətin tərəqqisinə bilavasitə bağlı faktordur.

2018-ci 17 iyul tarixində cənab prezident Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı sərəncam imzaladı. Bu isə o deməkdir ki, dilimiz qlobal dillərlə rəqabət dövrünə çatıb. Elektron lüğətləri, dəsrlikləri, ədəbiyyatı olan dil artıq qalib dillər sırasındadır.

Amma istənilən halda, bundan sonra görüləcək işlər çoxdur. Çünki uşaqlarımız ana dilində olan ədəbiyyatların kasadlığından digər dillərə meyl edirlər.

Təbii ki, bu iradlar nəzərə alınır. Bu yaxınlarda institutumuzda elektron Azərbaycan tarixi kitabının təqdimatı keçirildi. Bildiyiniz kimi, ölkəmizdə təhsil alan, çalışan əcnəbilərin sayı günbəgün artır. Bu baxımdan istənilən sahəyə diqqət ayırmağa çalışırıq.

Yetişən nəsil üçün də dilimizi təbliğ edən videoçarxlar hazırlanmalıdır. Bu layihə ilə də birbaşa dilçi mütəxəssislər məşğul olmalıdırlar. Çünki artıq internet dövründə yaşayırıq. İstəyimizdən asılı olmayaraq uşaqlarımızı bizimlə birgə baxdıqları animasiya filmləri də tərbiyə edir. Digər dillərdə minlərlə belə videoçarxlar olduğu halda bizdə kasadlıq yaşanır".

Qəzəblə üzünə baxdığı adam ölür, suya atdığı kağızlar quru qalır - GÜLLÜ YOLOĞLU İLƏ MÜSAHİBƏ

Tarix üzrə elmlər doktoru, türkoloq alim Güllü Yoloğlu isə düşünür ki, Azərbaycan əlifbası günü tətil günü kimi qeyd olunmamalıdır. Çünki…

"Doğrudur, ziyalı təbəqə, kütləvi informasiya nümayəndələri bu əlamətdar gün haqda məlumatlıdırlar. Lakin böyük əksəriyyət tətildə, istirahətdədirlər. Azərbaycan dili və ədəbiyyatı günü tədiris ilinin içində olmamlıdır ki, məktəblilər də bu bayrama cəlb olunsun. Bu gün yaşlı nəsil ziyalılarımız, əli qələm tutanlarımızın bir çoxu deyir ki, biz latın qrafikasında yazıb-oxumağı bilmirik. Bunu da qəbul etmirəm. Çünki o dövrlərdə orta məktəblərdə tədris olunan ingilis, fransız dilləri də latın qrafikasında idi. Biz sadəcə bir neçə hərfimizi əlavə etmişik. Düşünürəm ki, ərəb əlifbasından çıxıb, kiril əlifbasına keçməyimiz də böyük hadisə idi. Bu şəkildə dünya ədəbiyyatına daha çox hakim olduq. Sonradan müstəqilliyimizi əldə etdik, daha da irəliləyərək latın qrafikasına keçdik. Onu da deyim ki, 1926-cı ildə təşkil olunmuş Birinci Türkoloji Qurultayda bütün türk xalqları, eləcə də ruslar üçün latın qrafikalı əlifba hazırlanmışdı. Bu siyahıya hətta Rusiya daxil idi. Bu təklifin müəllifləri isə Lenin və Lunaçarski idilər. Çünki onlar kiril əlifbasına mürtəci, dini təbliğ edən əlifba kimi yanaşırdılar. Ona görə 1917-ci il inqilabından sonra dünya ədəbiyyatına keçid haqda düşünürdülər. Sonradan Stalin Leninin tərəfdaşlarını aradan götürdükdən sonra kiril əlifbasının üzərində dayandı və SSRİ-də yaşayan digər xalqlara da tətbiq etdi. Odur ki, latın əlifbası dünyaya inteqrasiyamız üçün əvəzsiz oldu.

- Güllü xanım, bu gün həm də dilimizin bayramıdır. Rus dilinin təsirindən çıxıb, Türkiyə türkcəsində danışmağa başlayırıq. Xüsusən də azyaşlılar...

- Dil olmasa, xalq da yoxdur. Hər şey təbliğatdan asılıdır. Əgər uşaq gözünü açıb anasını türk seriallarına baxan görürsə, türk dilində cizgi filmlərinə baxırsa, nə gözləyə bilərik?! Türkiyə türkcəsi bizə nə qədər yaxın olsa da, fərqli sözlərimiz çoxdur. Türkiyə türkləri əsasən oğuz türkcəsində danışırlar. Azərbaycan türkəri isə oğuz dil qrupuna aid olsalar da, daha çox qıpçaq ləhcəsinə yaxındırlar. Məsələn, biz "ata" deyirik, onlar "baba", biz "yaxşı" deyirik, onlar "iyi"… Bir sıra fərqlər var. Bu gün dünyada anlaşılmağımız üçün xaricdən kəşf olunub gələn cihazlara özümüzdən ad düşünüb tapmamalıyıq. Eləcə də dədə-babadan bizə gələn qədim türk sözlərimiz var ki, onları da qoruyub saaxlamalıyıq. Dil canlı varlıqdır, daim inkişaf edir.

- Uzun müddətdir dövlət televiziyasında türk xalqlarından bəhs edən verilişlər hazırlayırsınız. Bu gün mətbuatda çalışan həmkarlarımıza tövsiyəniz varmı?

- Bir şey xahiş edirəm, hər şeyi azərbaycanlılaşdırmasınlar. Məsələn, Msxetiya yer adıdır. Onu Məhsəti edib, milliləşdirmək doğru deyil. Xarici adları səslndirəndə tələffüzə diqqət olunmalıdır. Ümumiyyətlə, bir çox məsələlər var. Hamısını sadalamağa zamanımız yetməz. Dilimiz gözəldir, müqəddəsdir. Bayramınız mübarək!

Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının ilk azərbaycanlı üzvü Elvin Abbasbəyli də dilimizlə bağlı onu narahat edən bir sıra məsələləri Publika.az-la bölüşdü.

- Dil və terminologiya məsələləri ilə məşğul olan, "Dil komissiyasından" daha böyük olan bir qurum yaradılsa, pis olmaz. Bura dilçilər, terminoloqlar və tərcüməçilərdən əlavə terminoloji lüğətinin hazırlanacağı sahələrin peşəkarlarını da cəlb etmək lazımdır. Dilçi və tərcüməçilər dilin qarşılaşdığı problemləri anlaya bilər, amma sahənin mütəxəssisi onlara daha çox yardım edə bilər. Bu qurum Türkiyədəki Dil Qurumu və Fransadakı Fransız Akademiyası kimi olsa, yaxşı olardı. Hazırda Azərbaycan dili ilə işləyən yazılı və sinxron tərcüməçilərin yaralı yeri terminologiyadır. Azərbaycan dili illərlə sovet basqısı altında qalıb. Dilimizdə elmi ədəbiyyat yetərli qədər olmayıb. Bu dil beynəlxalq səviyyədə müstəqilliyə qədər demək olar ki heç istifadə edilməyib. Bunun fəadları indi üzə çıxır.

Sadə bir missal çəkəcəm. "European Union"un tərcüməsini Azərbaycan mətbuatında Avropa İttifaqı və ya Avropa Birliyi görürük. Düzdür, rəsmi qəzetlər və saytlar İttifaq deyir, amma bu tərcümə dilimizə tam oturuşmayıb. Əgər bu nəzarəti öhdəsinə götürən dövlət qurumu yoxdursa, mətbuat da özünə nəzarət etməlidir. Dövlət Avropa İttifaqı deyirsə, bütün mətbuat buna riayət etməlidir, etməyənə cəza da kəsilə bilər. Bəlkə bu şəkildə dilimizdə terminologiya oturuşar.

Mən sadəcə siyasi terminologiyadan misal çəkdim. İnformatika sahəsinə baxın. Bunu fərdlər edə bilməz, böyük dil siyasəti olmalıdır. Türk dilindən alınmalar ola bilər, bu normal haldır. Amma bu da vəhşi və nəzarətsiz şəkildə baş tutmamalıdır. Tərcüməçi olaraq bir tendensiyanı da illərdir müşahidə edirəm. Mətbuat orqanlarının adını vermədən bir iqtidar, bir də müxalifət qəzetlərinə baxın. Dil və sintaksis belə fərqlənir. Siyasi düşüncə ayrılığı dilı təsir etməməlidir. Çünki dil dövlətin sərvətidir. Əgər Ladies and Gentlemen - Xanımlar və Cənablardırsa, niyə Xanımlar və Bəylər deyək? Yəni bir seçim üzərində duraq. Başqa dillərdə bu belə deyil. Ən azı bildiyim digər dillərdə bu problem yaşanmır. Bundan əlavə, dilimizdə rus bölməsində təhsil alan mütəxəssislərin təsiri də var. Elə götürək “Ki”nin istifadəsini… "Mən düşünürəm ki..." Əsl Azərbaycan, yəni Altay dil qrupunda “Mən düşünürəm” olmalıdır. Çox dərin mövzudur, amma bunu bir-iki tərcüməçi və ya terminoloq edə bilməz.

- Ünsiyyət, yazı zamanı dilimizin təmizliyini necə qoruya bilərik?

- Senzura olmalıdır. Özü də avto-senzura…Ən əsası buna istək olmalıdır, yoxsa bəziləri rus və Azərbaycan sözlərini qarışdıraraq "sıyıq" bişirirlər. Kənardan çox gülünc görünür. Bir dildə danışmaq lazımdır. İndi hətta bəzi gənclər ingilis və azərbaycancanı qarışdırıb danışırlar. Halbuki çox zəngin dilimiz var. “Bahadır və Sona” əsərini fransız dilinə tərcümə edərkən bir daha bunun şahidi oldum. Təklif edirəm, dilimizin təmizliyini qorumayan mətbuat (qəzet, TV, radio) orqanları üçün pul cəriməsi kəsilsin. Bunu da müəyyən bir qurum etməlidir. Biri cərimələnsə, digərləri daha diqqətli davranar. Fərdlərə gəlincə isə bu onların vicdanına qalıb.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm